İnsan Resurslarının idarə edilməsi və funksiyaları

E-mail Print
  Təlimin müddəti:   2 gün (8 saat)
  Təlimin məqsədi:İnsan resurslarının idarə edilməsi üzrə və onun funksiyaları barədə zəruri biliklər verməklə yanaşı müəssisə açıldıqdan sonra strukturun hazırlanması, departamentlərin əsasnamələrinin hazırlanması qaydası haqqında nəzəri və praktiki biliklər verməkdir
  İştirakçılar: İnsan Resursları (HR) İdarə edilməsi üzrə menecer, mütəxəssis və bu sahə ilə maraqlanan şəxslər
  Təlimin dili:   Azərbaycan və İngilis
  Təlimin tərkibi/mündəricatı:
  • İnsan resurslarının (HR) idarə edilməsinin müəssisədəki yeri, rolu, zəruri anlayışları və tarixi
  • İnsan resurslarının idarə edilməsinin departamentinin digər departamentlərlə əlaqəsi
  • Müəssisənin strukturunun hazırlanması və kompyuter proqramında tətbiqi 
  • Müəssisənin struktur bölmələri və insan resursunun adlandırılması və instansiyalar
  • Departamentin əsasnaməsinin komponentləri və hazırlanma qaydası
  • Şirkət misalında HR departamenti və alt bölmələləri
  • İnsan Resurslarının idarə edilməsinin funksiyaları və əhatə etdiyi işlər
  • Hesabat sistemi və onun qurulması üzrə sənədlərlə iş
  • İş diaqramlarının (flow-chart) hazırlanması qaydası, kompyuter proqramında işlənməsi
  Gözlənilən nəticələr: İştirakçılar insan resurslarının idarə edilməsinin müəssisə üçün əhəmiyyəti, rolu  və digər departamentlərlə əlaqəsi ilə yanaşı müəssisənin strukturunun qurulması və kompyuter proqramında tətbiqi , əsasnamələrin hazırlanma qaydası və funksiyalarının işləmə mexanizminə dair praktiki sənədlərlə tanış olacaq, Azərbaycanda HR sahəsində müəssisələrdə ən çox qarşılanan xətalar və ümumilikdə HR barədə ilkin ətraflı bilik əldə edəcəklər.
 Güzəştlər və imtiyazlar
  • İki təlim sifariş edən korporativ müştərilərə ümumi məbləğin 10%-i həcmində, daha çox sifariş edən müştərilərimizə isə ümumi məbləğin 15 %-i həcmində güzəşt;
  • Təlimin gedişində tədris materiallarını pulsuz əldə etmək imkanı;
  • Fiziki şəxslər üçün növbəti təlimlərdə 10 %-ə qədər endirim əldə etmək imkanı
Tədris metodu: Tədris  qərb ədəbiyyatları ilə yanaşı həm yerli həm də xarici şirkət misallarına əsaslanır. İştirakçılara yalnız nəzəri deyil eyni zamanda praktiki biliklərə yiyələnmələri üçün keçirilmiş təlim üzrə komanda və fərdi qaydada iş şəklində müəyyən sənədlərin  hazırlanması həyata keçirəcək və  test tapşırıqları veriləcək
 

Təlimin sonunda veriləcək sertifikat

İştirakçılara imtahan sualları təqdim ediləcək. İmtahandan 100 baldan minimum 71 bal yığan iştirakçılara,  ASR Konsaltinq və Araşdırma Qrupu MMC şirkəti tərəfindən “SERTİFİKAT” veriləcək.
 71  baldan aşağı yığan iştirakçılara ASR Konsaltinq və Araşdırma Qrupu MMC  tərəfindən “İŞTİRAKÇI SERTİFIKATI” veriləcək

Təlimin keçirilmə yeri:

R. Behbudov 25, m.1  (Mərkəzi Bankın yaxınlığında) ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

Təlimin dəyəri: 250 AZN (Qiymətə təlimin, dəyəri  bütün vergilər və dərs vəsaitləri, 2 dəfə kofe fasilə daxildir.)
 

You are here: