İşçilərin təlimi və təkmilləşdirilməsi

E-mail Print
  Təlimin müddəti:   2 gün (8 saat)
  Təlimin məqsədi:Müəssisənin kadrlarının təlimləndirilməsi və təkmilləşdirilməsi üzrə icra edilən fəaliyyətlərin  necə sistemləşdirilməsi və kadrların müəssisədə tam potensiallarını həyata keçirə bilmələri və müəssisədə uzun müddətli saxlanılmasına dair  biliklər öyrətməkdir.
  İştirakçılar: İnsan Resursları (HR) İdarə edilməsi sahəsi üzrə işləyən menecer və mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər
  Təlimin dili:   Azərbaycan və İngilis
  Təlimin tərkibi/mündəricatı:
  • Adaptasiya və icra etdiyi fəaliyyətlər
  • Adaptasiya prosesi və formaları
  • Təlim ehtiyaclarının təyini metodları
  • Xidməti fəaliyyətin qiymətləndirilməsi və təlim
  • Yeni işçilərin təlim ehtiyaclarının qiymətləndirilməsi
  • Karyeranın idarə edilməsində karyera planlaşdırmasının rolu
  • Karyeranın idarə edilməsinin məqsədi
  • Karyera idarə edilməsinin mərhələləri
  • Karyera xəritəsi və onun hazırlanması
  • Praktiki sənədlərlə tanışlıq və iş
  Gözlənilən nəticələr: İştirakçılar  müəssisənin kadr siyasətində  istər işə  yeni qəbul olunan istərsə də müəssisədə işləyən işçilərin inkişafı istiqamətində təlim ehtiyaclarının müəyyən edilməsi, onların karyera planlaşdırılması, ixtisas artırma və s. tədbirlər vasitəsilə işçilərin uzun müddətli müəssisəyə bağlı qalması və potensiallarını tam göstərmələri  üçün təlim və inkişaf fəaliyyətlərinin necə qurulmalı olduğunu öyrənəcəklər.
 Güzəştlər və imtiyazlar
  • İki təlim sifariş edən korporativ müştərilərə ümumi məbləğin 10%-i həcmində, daha çox sifariş edən müştərilərimizə isə ümumi məbləğin 15 %-i həcmində güzəşt;
  • Təlimin gedişində tədris materiallarını pulsuz əldə etmək imkanı;
  • Fiziki şəxslər üçün növbəti təlimlərdə 10 %-ə qədər endirim əldə etmək imkanı
Tədris metodu: Tədris  qərb ədəbiyyatları ilə yanaşı həm yerli həm də xarici şirkət misallarına əsaslanır. İştirakçılara yalnız nəzəri deyil eyni zamanda praktiki biliklərə yiyələnmələri üçün keçirilmiş təlim üzrə komanda və fərdi qaydada iş şəklində müəyyən sənədlərin  hazırlanması həyata keçirəcək və test tapşırıqları veriləcək
 

Təlimin sonunda veriləcək sertifikat

İştirakçılara imtahan sualları təqdim ediləcək. İmtahandan 100 baldan minimum 71 bal yığan iştirakçılara,  ASR Konsaltinq və Araşdırma Qrupu MMC şirkəti tərəfindən “SERTİFİKAT” veriləcək.
 71  baldan aşağı yığan iştirakçılara ASR Konsaltinq və Araşdırma Qrupu MMC  tərəfindən “İŞTİRAKÇI SERTİFIKATI” veriləcək

Təlimin keçirilmə yeri:

R. Behbudov 25, m.1  (Mərkəzi Bankın yaxınlığında) ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

Təlimin dəyəri:   200 AZN (Qiymətə təlimin, dəyəri  bütün vergilər və dərs vəsaitləri, 2 dəfə kofe fasilə daxildir.)
 

You are here: