E-mail Print PDF
 
 Kursun müddəti:   2 ay ( 16 dərs, həftədə 2 dəfə 90 dəq)
 Kursun məqsədi:
  • Kurs iştirakçılarını şirkətlərdə layihə idarəçiliyi üçün tətbiq olunan layihə idarəçiliyi metodları və alətləri ilə tanış etmək;
  • Kurs iştirakçılarının Beynəlxalq Layihə İdarəçiliyi Assosiasiyası (IPMA) tərəfindən qəbul edilmiş sertifikatlaşdırma prosesi ilə tanış etmək;
  • “Beynəlxalq Kompetensiyanın Əsasları”nda təqdim olunmuş bütün kompetensiya elementləri üzrə bilikləri təkmilləşdirmək.
 İştirakçılar: Layihə rəhbərləri, layihə komandasının üzvləri, fəaliyyətləri müəssisənin layihə idarəçiliyi prosesləri əlaqədar olan işçilər, layihə idarəçiliyi sahəsində ixtisaslaşmaq və ya bu sahədə biliyini artırmaq istəyən şəxslər.
Kursun dili: Azərbaycan dili
 Kursun tərkibi/mündəricatı: Layihə idarəçiliyi haqqında ümumi məlumat;
Mövcud beynəlxalq standartlara baxış;
IPMA beynəlxalq sertifikatlaşdırma proqramı ilə tanışlıq.
Beynəlxalq Kompetensiyanın Əsasları:
1.    Texniki Kompetensiya Elementləri (20):
•    Layihə idarəçiliyinin müvəffəqiyyəti;
•    Marağı olan tərəflər;
•    Layihədə tələb və vəzifələr;
•    Risk və imkanlar;
•    Keyfiyyət;   
•    Layihə təşkilatı;
•    Komanda işi;   
•    Problemlərin həlli;
•    Layihə strukturları;
•    İdeya və yekun nəticə;
•    Vaxt və layihə fazaları;
•    Resurslar;
•    Xərc və maliyyə;
•    Satınalma və müqavilə;
•    Dəyişikliklər;
•    Nəzarət və hesabatlar;
•    Məlumat və sənədləşmə;
•    Kommunikasiya;      
•    Layihənin işə salınması;
•    Layihənin bitirilməsi.

2.    Davranış Kompetensiya Elementləri (15):
•    Liderlik;
•    Öhdəlik və motivasiya;
•    Özünü-idarə;
•    Özünə-güvən;
•    Gərginliyin azaldılması;
•    Səmimiyyət;
•    Yaradıcılıq (Kreativlik);
•    Nəticə yönümlülük;
•    Səmərəlilik;
•    Məsləhətləşmələr;
•    Danışıqlar;
•    Münaqişə və böhranlar;
•    Etibarlılıq;
•    Dəyərlərin qiymətləndirilməsi;
•    Etika.

3.    Kontekstual Kompetensiya Elementləri:
•    Layihə yönümlülük;
•    Proqram yönümlülük;
•    Portfel yönümlülük;
•    LPP icrası;
•    Daimi təşkilat;
•    Sahibkarlıq;
•    Sistemlər, məhsullar və texnologiyalar;
•    Heyətin idarə edilməsi;
•    Sağlamlıq, təhlükəsizlik, əmək və ətraf mühitin mühafizəsi;
•    Maliyyə;
•    Hüquqi aspektlər.
Gözlənilən nəticələr: İştirakçılar layihə idarəçiliyinin Beynəlxalq Standartları ilə tanış olacaq, əldə etdikləri nəzəri və praktiki biliklərlə layihələri idarə edə biləcək,layihə idarəçiliyində dünyada qəbul edilmiş beynəlxalq metodlardan istifad edə biləcəklər, həmçinin beynəlxalq sertifikatlaşdırma proqramında iştirak edə bilmək üçün bütün biliklərə malik olacaqlar.
Kurs Beynəlxalq Layihə İdarəçiliyi Assosiasiyasının (IPMA) D  və C dərəcələri üzrə imtahanına da  hazır olacaqlar.
Güzəştlər və imtiyazlar:
İştirakçılar özü ilə gətirdiyi 3 nəfərə 10%, 5 nəfərə 25 %,  10 nəfərə görə 100% güzəşt əldə edəcəklər;
•    Təlim keçirilən mövzu sahəsində yeniliklərlə bağlı mütəmadi məlumat əldə etmək imkanı və s.
 Kurs tədris metodu: Proyektor üsulu ilə tədrislə yanaşı, hand out materiallarının verilməsi, dərs üzrə testlərin keçirilməsi, mövzu əsasında keyslərin verilməsi
Kursun sonunda veriləcək sertifikat:
İştirakçılara imtahan sualları təqdim ediləcəkdir. İmtahandan 100 baldan minimum 71 bal yığan iştirakçılar,  ASR Konsaltinq və Araşdırma Qrupu MMC şirkəti tərəfindən “SERTİFİKAT” veriləcəkdir.
 71 baldan aşağı yığan təlim iştirakçılarına ASR Konsaltinq və Araşdırma Qrupu MMC  tərəfindən “İŞTİRAKÇI SERTİFİKATI” veriləcəkdir.
Kursun keçirilmə yeri: ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı
Kursun dəyəri: 350 AZN
(Qiymətə bütün vergilər, dərs vəsaitləri, 2 dəfə kofe fasilə daxildir.)
 

You are here: