Layihələrin idarə edilməsi - Fundamental səviyyə

E-mail Print
  Təlimin müddəti:   3 gün (24 saat)
  Təlimin məqsədi:Layihələrin effektiv planlaşdırılması, həyata keçirilməsi, izlənilməsi, sənədləşdirilməsi və müştəriyə təhvil verilməsi ilə bağlı lazım olan bilik və bacarıqları qazandırmaq
  İştirakçılar: Layihə, proqram və təşkilat idarə edilməsi ilə məşğul olan və ya bu işdə maraqlı olan rəhbər işçilər və mütəxəssislər; eləcə də kuratorlar və podratçı təşkilatların işinə nəzarət edən rəhbər işçilər və mütəxəssislər.  
  Təlimin dili:   Azərbaycan və İngilis
  Təlimin tərkibi/mündəricatı: Modul 1: Giriş
Mövzu 1: Layihənin müəyyənləşdirilməsi
Mövzu 2: Layihə-yönümlü fəaliyyətlər
Mövzu 3: Layihənin təşkili
Mövzu 4: Layihənin İdarə olunmasının mərhələ modeli
Modul 2: Başlanğıc Faza
Mövzu 5: Başlanğıc Sorğu Vərəqəsi və Yaddaş Xəritəsi
Mövzu 6: Layihə mühitinin öyrənilməsi
Modul 3: Layihənin Planlaşdırılması
Mövzu 7: İşlərin dekompozisiyası
Mövzu 8: Şəbəkə
Mövzu 9: Resursların Planlaşdırılması və Büdcə
Mövzu 10: Riskin Planlaşdırılması və İdarə olunması
Modul 4: Nəzarət və Layihənin Həlli
Mövzu 11: Nəzarət vasitələri və Məlumatlandırma
Mövzu 12: Əsas Fəailyyət Göstəriciləri
Modul 5: Kommunikasiya metodları
Mövzu 13: Rabitə və Rəhbərlik
Mövzu 14: Qrupun inkişaf etdirilməsi və Rəhbərlik Bacarıqları (şəxsi keyfiyyətlər)
  Gözlənilən nəticələr: Təlimin  sonunda iştirakçilar qabaqcıl təcrübəyə uyğun layihələrin effektiv planlaşdırılması, həyata keçirilməsi, izlənilməsi, sənədləşdirilməsi və müştəriyə təhvil verilməsi ilə bağlı lazım olan bilik və bacarıqları əldə edəcəklər.
 Güzəştlər və imtiyazlar
  • İki təlim sifariş edən korporativ müştərilərə ümumi məbləğin 10%-i həcmində, daha çox sifariş edən müştərilərimizə isə ümumi məbləğin 15 %-i həcmində güzəşt;
  • Təlimin gedişində tədris materiallarını pulsuz əldə etmək imkanı;
  • Fiziki şəxslər üçün növbəti təlimlərdə 10 %-ə qədər endirim əldə etmək imkanı
Tədris metodu: İnteraktiv mühazirələr, sual-cavab, iş prosesindəreal hadisələrin təhlili və həlli, maraqlı hadisələrdən nümunələr
 

Təlimin sonunda veriləcək sertifikat

ASR Konsaltinq və Araşdırma Qrupu Tərəfindən təlim iştirakçıları arasında imtahan təşkil olunacaqdır.  İmtahan nəticələri müsbət olan (mümkün 100 baldan 71 balı toplayan) şəxslər  ASR Konsaltinq və Araşdırma Qrupunun  SERTİFİKAT”ını əldə edəcəklər.

Təlimin keçirilmə yeri:

R. Behbudov 25, m.1  (Mərkəzi Bankın yaxınlığında) ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

Təlimin dəyəri:   300 AZN (Qiymətə təlimin, dəyəri  bütün vergilər və dərs vəsaitləri, 2 dəfə kofe fasilə daxildir.)
 

You are here: