ASR Kadr
Hazırlığı və təlimlər mərkəzi ASR konsaltinq və araşdırma qrupunun struktur vahididir.
Mərkəz özəl sektorun ixtisaslı kadrlara
olan ehtiyyacının ödənilməsini təmin etmək
məqsədi ilə firma və müəssisələrə kadrların hazırlanması və təlimlərin təşkili
üzrə xidmətlər göstərir. Hal-hazırda Mərkəz öz fəaliyyətini üç istiqamətdə
qurmuşdur:
1. Təlim və kursların təşkili.
Təşkil olunan təlimlər
şirkətlərdə mövcud olan bir çox biznes prosesləri əhatə edir. Mərkəz tərəfindən
təqdim edilən təlim və kurslara beynəlxalq idarəetmə(menecment) sistemləri (ISO
standartları), marketinq, satış, beynəlxalq mühasibat uçotu (IFRS və GAAP),
İnsan resurslarının (HR) idarə edilməsi, Korporativ sosial məsuliyyət (KSM),Biznes
planlama, Biznes statistika, Məhsulun keyfiyyətinin idarə edilməsi və s.
daxildir. Keçirilən bütün kurs və təlimlər ölkəmizdə və xaricdə təhsil alan, tədris
etdiyi sahədə çoxillik təcrübəyə malik mütəxəssis heyəti tərəfindən təqdim
olunur.
2. Kadr hazırlığı.
Mərkəz ölkəmizdə bazar iqtisadiyyatının
inkişafı və onun artan rəqabət tendensiyaları müşahidə edildiyini nəzərə
alaraq, şirkət və təşkilatların yüksək ixtisaslı və peşəkar kadr ehtiyatları ilə
təmin edilməsinə xüsusi diqqət ayırmışdır. Bu zaman mərkəz nəinki şirkət və təşkilatların
kadr potensialına daxil olan eyni zamanda öz biliklərini təkmilləşdirməklə özəl
sektorda öz layiqli yerini tutmaq istəyən şəxslərin də təkmilləşdirilməsi
istiqamətində fəaliyyət göstərir. Bu zaman hər bir şəxs seçdiyi vəzifəyə uyğun
olaraq kompleks təlim və kurs proqramını keçir. Proqramlarda cari vəzifə üçün tələb
olunan biliklər modullar şəklində təsvir olunur. Sonda bütün proqramı mənimsəyən
şəxslər imtahan olunduqdan sonra onlara müvafiq dərəcə verilir.
3. Tələbələr üçün sosial məsuliyyət təşəbbüsü.
Mərkəzin
qarşısında duran ən başlıca vəzifələrdən biri də ali məktəblərdə təhsil alan tələbələrin
biliklərinin daha da artırılması, onların müasir praktik biliklərlə
silahlanması və müasir tələblərə cavab verən kadr kimi çıxış etməsi üçün təlim
və kursların təşkilini əhatə edir. Təşkil olunan təlim və kurslarda Mərkəzin
yüksək ixtisaslı mütəxəssisləri tərəfindən toxunulan məsələlərlə bağlı praktiki
biliklər verilir və beləliklə də tələblərin fəaliyyət göstərmək istədikləri
müasir iş mühitində adaptasiya müddəti azaldılır. Eyni zamanda bazar
iqtisadiyyatı tələblərinə uyğun praktiki biliklər əldə edirlər. Sözsüz ki bu fəaliyyət
universitetlərdə əldə olunan biliklərin daha da möhkəmləndirilməsi və yeni
praktiki biliklərlə tələbələrin inkişafına xidmət edir. Təlim və kursları yüksək
nəticələrlə bitirən tələbələri Mərkəz əməkdaşlıq etdiyi şirkət və təşkilatlara
praktika keçməyə və yaxud işləməyə göndərməyi planlaşdırır.


