E-mail Print PDF

Təlim nəzəri və əsasən də praktiki ağırlıqlı olmaqla  “İnsan Resurslarının İdarə edilməsində İnsan Resurslarının planlaşdırılması (İRP) və iş analizinin aparılması və vəzifə təlimatların hazırlanması” mövzusu üzrə keçirilmişdir.Tədris zamanı iştirakçılar İnsan resurslarının idarə edilməsi funksiylarından biri olan İnsan Resurslarının planlaşdırılmasının müəssisə üçün əhəmiyyəti və tətbiqi formaları, iş analizinin aparılması qaydası,  növləri, işçiyə olan tələbin necə müəyyənləşdirildiyi, vəzifə təlimatlarına dair praktiki nümunələr, komponentləri və iş analizi əsasında necə hazırlanacağına dair praktiki biliklərə yiyələndilər. Təlim interaktiv metodlar əsasında keçirilməklə 3 saatdan çox müddətə davam etmişdir. Təlimi ASR Qrupun Kadr hazırlığı və təlimlər departamentinin rəhbəri və HR üzrə mütəxəssis Orxan İsayev tərəfindən aparılmışdır. Təlimin daha yaxşı mənimsənilməsi üçün iştirakçılara praktiki sənədlər üzərində iş verilməklə, iştirakçılar iş analizini aparmaqla bir-birilərinin vəzifə təlimatları hazırladılar. təlimimizdə şirkət nümayəndələrindən tanınmış paltar maqazinləri şəbəkəsi olan Koton, tanınmış neft şirkətləri olan Oil & Gas Proserv MMC, Weatherford International və İstanbul  Reklam Market MMC-nin HR menecerləri iştirak etmişdir. Təlimin sonunda iştirakçılara təlim qiymətləndirmə sorğusu təqdim edildi və iştirakçılar bu təlimimizdən razı qaldıqlarını qeyd etməklə, İnsan resurslarının idarə edilməsinə dair növbəti təlimlərimizdə iştirak arzularını qeyd etdilər. Onu da xatırladaq ki, HR-ın digər funksiyalar üzrə nəzəri və praktiki ağırlıqla təlimlərimiz növbəti həftələrdə keçirilməsi planlaşdırılmışdır.




 
You are here: