ASR Konsaltinq və Araşdırma Qrupu 18 dekabr tarixində “İnsan
Resurslarının İdarəedilməsi: insan resurslarının planlaşdırılmasında iş
analizinin aparılması” mövzusunda HR mütəxəssisləri, Administrativ və
Keyfiyyət üzrə menecerlər və digər şəxslər olmaqla 17 nəfərin iştirakı
ilə təlim keçirmişdir. Təlimçi, Orxan İsayev iş analizi və verdiyi faydalar, iş analizi məlumatlarının toplanması üsulları, vəzifə təlimatının standart forması və komponenləri, vəzifə təlimatı və iş təlimatının hazırlanması qaydaları,vəzifə təlimatına dair sənədlərlə iş mövzularına toxunmaqla müəssənin daha effektivliyini artıracaq işa analizinə dair praktki biliklər vermişdir. Təlim 3 saatdan çox davam etməklə şirkət nümayəndələrinin təlimə interaktiv cəlbi, keyfiyyət menecerləri və insan resursları üzrə mütəxəsisslərin qarşılaşdıqları problemlərdə həlli yollarına dair biliklərin verilməsi ilə keçmişdir. İştirakçıların praktiki biliklərə yiyələnməsi üçün iştirakçıların bir-birlərinin iş analizini aparması üçün praktiki anket forması təqdim edildi. Kadr hazırlığı və təlimlər üzrə departamentin təlimlər üzrə koordinatoru Elmir müəllim ən sonda iştirakçıların təlim barədə fikirlərini öyrənmək üçün qiymətləndirmə forması təqdim etdi. Ən sonda iştirakçılar arasında aktiv olan şəxslərdən İdrak Cəfərova təlimçinin müəlliflərdən biri olduğu “İdarətmənin əsasları” adlı kitabı təqdim edildi. İştirakçılar təlim barədə öz xoş fikirlərini bölüşməklə yeni-yeni təşkil olunacaq təlimlərdə iştirak arzularını bildirdilər.




