| Təlimdə 35 nəfər olmaqla həm şirkət nümayəndələrilə yanaşı məzun və
tələbələr iştirak etmişdir.Təlimin məqsədi iştirakçılara müasir
idarəetmə üsullarından biri olan Ümumi Keyfiyyət İdarəetməsi (ÜKİ)
haqqında əsas anlayışlar verməklə müəssisəyə verdiyi tövhə, tətbiqi
yanaşması, bir qayda olaraq keyfiyyətə klassik və müasir yanaşma
formaları, alimlərin müəssisələrin inkişafına gətirdikləri yeni yanaşma
və ISO standartları və digər ölkə standartları haqqında zəruri bilik
vermək olmuşdur. |
Bu baxımdan keyfiyyət anlayışı və inkişaf
mərhələləri, Ümumi Keyfiyyət İdarəetməsi (TQM) anlayışı və keyfiyyət
ustadları və nəzəriyyələri, keyfiyyətdə yer alan bütün xərclər, Ümumi
Keyfiyyət İdarəetməsinin funksiyaları, keyfiyyət sistemləri və
prosedurları, ISO standartları və digər ölkə standartları və
standartların kateqoriyaları , Keyfiyyət üzrə verilən beynəlxalq
mükafatlar və EFQM Mükəmməllik modeli təlimin tərkibində yer almışdır. İlkin
olaraq tədbirin girişini şirkətimizin marketinq meneceri Fərid İsayev
etməklə, şirkətin tarixi, xidmətləri və müştəriləri barədə məlumat
verməklə şirkətimizin Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətində Amerika
Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə
əməkdaşlığı haqqında məlumat verilmişdir. Bundan sonra ASR Qrupun Kadr
hazırlığı və Təlimlər departamentinin meneceri Orxan İsayev təlimə start
verildi. Təlimçi mövzunun əhəmiyyətindən danışaraq iştirakçılara yerli
və xarici şirkət misalları ilə praktiki biliklər verməklə yanaşı ÜKİ-dən
keyfiyyətə əvvəlki nəzəriyyəçilərin baxışı və müasir yanaşmanı qeyd
etməklə, müasir dövrdə ISO 9001, 18001, 22000, 14000, 31000 və s.
standartlar barədə məlumatl verməklə yanaşı keyfiyyət idarəetmə
sistemində yer alan 3 səviyyəli prosedurlar, keyfiyyətə dair təyin
olunan beynəlxalq 3 mükafat haqqında məlumat verildi.
üzvlülüyününTəlim interaktiv olmaqla yanaşı təlimin sonunda
iştirakçıların mənimsəmə bacarığını yoxlamaq üçün test təqdim edildi.
Bununla yanaşı təlim boyu aktiv olan Paşa adlı iştirakçıya təlimçinin
müəlliflərindən biri olduğu “İdarəetmənin əsasları” adlı kitabı təqdim
edildi. Təlimlərimizin daim təkmilləşdirilməsi və dəyərli iştirakçılarımızın fikir və təkliflərini öyrənmək üçün iştirakçılara təlim qiymətləndirmə formu təqdim edildi. Təlimin sonunda iştirakçılara belə əhəmiyyətli təlimin keçirildiyi üçün şirkətimizə öz təşəkkürünü bildirdilər və yeni-yeni təlimlərdə iştirak arzularını bildirdilər. | |


