E-mail Print PDF
təşkil etdiyi yeni təlimlərindən birini də müvəffəqiyyətlə başa vurdu. Təlim ilk olaraq şirkətimiz haqqında iştirakçılara məlumat verilməsilə başladı. Bundan sonra ASR konsaltinq və araşdırma qrupunun idarəetmə məsələləri üzrə mütəxəssisi və Azmarketinq MMC-nin İcraçı direktoru Orxan İsayev təlimə start verdi. Təlimçi iştirakçılara idarəetmənin funksiyaları, müəssisədə menecerlərin növləri və fəaliyyət şəkilləri və departamentlərin fəaliyyət mexanizmi haqqında həm nəzəri eyni zamanda həm yerli həm də xarici şirkətlərdən praktiki nümunələr gətirdi. Təlim interaktiv keçməklə yanaşı şirkət nümayəndələrinin, məzunların və s. iştirakçıların təlimçiyə suallar ünvanlamaqla təlimə qatılmasını təlimçi təşviq etdi. Onu da qeyd edək ki, təlimdə 12 nəfərdən ibarət olmaqla bir sıra şirkətlərin 1-ci xətt menecerləri, işçiləri və məzunların iştirakı ilə müşayiət olunmuşdu. Orxan müəllim təlimin sonralarına yaxın keçirilən təlimin hörmətli iştirakçılar tərəfindən mənimsəmə dərəcəsini yoxlamaq üçün menecmentin funksiyalarına dair test təqdim etdi. Bununla yanaşı xarici şirkət misalında məqsəd nəzəriyyəsindən istifadə etməklə şirkətin öz səmərəliliyini necə artırdığına dair video rolik təqdim etdi. Təlimin mənimsəmə dərəcəsini yoxlamaq üçün verilən testlərin ən çətininə 1-ci düz cavab verən İqtisad universiteti təhsilli Aygün xanıma təlimçi tərəfindən müəlliflərindən biri olduğu “İdarəetmənin əsasları” kitabı hədiyyə edildi. Bundan sonra növbəti təlimlərin təşkilini və  tədrisinin inkişafını artırmaq üçün ASR konsaltinq və araşdırma qrupunun təlimlər üzrə koordinatoru Elmir müəllim tərəfindən iştirakçılara qiymətləndirmə formu təqdim edildi. Təlimin sonunda iştirakçılar təlimi çox bəyəndiklərini və eyni zamanda yeni təlimlərdə iştirak etmək arzularını ifadə etdilər. Onu da xatırladaq ki, təlim iştirakçılarına şirkətimiz tərəfindən sertifikat təqdim ediləcəkdir.
 
 
                        
 
You are here: