Maliyyə uçotu-2 (Finanacial accounting)

E-mail Print PDF
  Təlimin müddəti:   2 ay (48 akademik saat)
  Təlimin məqsədi:

Əməliyyatların uçotu və Maliyyə Hesabatlarının hazırlanmasına daha

professional yanaşmanın öyrədilməsi, Maliyyə Hesabatlarının elementləri

üzrə (aktivlər, öhdəliklər, xüsusi kapital, gəlirlər və xərclər) beynəlxalq

standartlarının (IFRS, IAS) tətbiqi, həmçinin maliyyə hesabatlarının təhlil

edilməsi üzrə bilik və bacarıqların artırılması.
  İştirakçılar:   Maliyyə menecerləri və mühasiblər
  Təlimin dili:   Azərbaycan dili
  Təlimin tərkibi/mündəricatı:
  • Maliyyə Hesabatının Beynəlxalq Standartlarının tətbiqinin nəzəri əsası
  • (Standart 1);
  • Jurnal Qeydləri və köməkçi hesablar;
  • Kassa (Bank) hesabları və daxili nəzarətin qurulması;
  • Məhdud Məsuliyyətli Cəmiyyətlərdə mühasibat uçotu;
  • Qeyri Maddi aktivlərin uçotu;
  • Şərti hadisələr və balans hesabatının tərtib edilməsindən sonra baş verən
  • hadisələr;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • Xüsusi Kapitalda Dəyişiklik haqqında hesabat;
  • Uçot siyasəti, ilkin hesabatda dəyişikliklər və səhvlər;
  • Konsalidə olunmuş şirkətlərdə uçotun aparılması və s.
  Gözlənilən nəticələr:

Təlimin sonunda iştirakçılar aşağıdakılar haqqında bilik və bacarıqlar

əldə edəcəklər:

  • IFRS və IAS-ların sərbəst şəkildə tətbiqi;
  • Holdinq şirkətlərində uçot və hesabatın aparılması;
  • MMC və ASC-lərin uçot və hesabatlarının tərtib edilməsi.

 Güzəştlər və imtiyazlar
  • İki təlim sifariş edən korporativ müştərilərə ümumi məbləğin 10%-i həcmində, daha çox sifariş edən müştərilərimizə isə ümumi məbləğin 15 %-i həcmində güzəşt;
  • Təlimin gedişində tədris materiallarını pulsuz əldə etmək imkanı;
  • Təlimdə iştirak edən şəxslərdə beynəlxalq mühasibat uçotu sahəsində öyrənmək istədikləri məsələlərin ödənişsiz olaraq cavablandırılması;
  • Fiziki şəxslər üçün növbəti təlimlərdə 10 %-ə qədər endirim əldə etmək imkanı;
  • Təlim keçirilən mövzu sahəsində yeniliklərlə bağlı mütəmadi məlumat əldəək imkanı və s.
  Tədris metodu:

İnteraktiv mühazirələr, sual-cavab, iş prosesində

real hadisələrin təhlili və həlli, maraqlı hadisələrdən nümunələr
 

Təlimin sonunda veriləcək sertifikat:


ASR Konsaltinq və Araşdırma Qrupu tərəfindən sonda təlim iştirakçıları arasında imtahan təşkil olunacaqdır.  İmtahan nəticələri müsbət olan (mümkün 100 baldan 71 baldan çox toplayan) şəxslər  ASR Konsaltinq və Araşdırma Qrupunun  SERTIFIKAT”ını əldə edəcəklər.

Təlimin keçirilmə yeri:

R. Behbudov 25, m.1  (Mərkəzi bankın yanı) ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

 Təlimin dəyəri:  600 AZN (Qiymətə 2 aylıq kursun dəyəri  bütün vergilər və dərs vəsaitləri, 2 dəfə kofe fasilə daxildir.)
  Əlaqəli şəxs və əlaqə vasitələri:

Elmir Səlimov
Təlimlər üzrə koordinator

 

ASR Kadr hazırlığı və Təlimlər Mərkəzi
Tel:              (+ 994 12) 595 13 37      ; 415 96 63
Faks: (+ 994 12) 495 13 37
Mob:             (050) 640 23 10      ;             (055) 205 08 18      
E-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

 

You are here: